Ana Sayfa > Xəbər > Bakı yaxınlığında "Lexus" aşdı: ölən var

Bakı yaxınlığında "Lexus" aşdı: ölən var


27-01-2016, 10:32. Yazar: admin
Bakı yaxınlığında "Lexus" aşdı: ölən var
Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, magistralın 15-ci kilometrliyində, Masazır qəsəbəsi yaxınlığında "Lexus" markalı minik avtomobili maneəyə çırpılaraq aşıb. Nəticədə avtomobildə olan şəxslərdən 1993-cü il təvəllüdlü Aslanxanov Vitali Aslan oğlu aldığı ağır bədən xəsarətlərindən vəfat edib. Daha 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, qəzaya səbəb yolun buzlaşması şəraitində düzgün manevr edilməməsi olub. Faktla bağlı araşdırma aparılır.

Geri dön