Ana Sayfa > Xəbər > "Polşa və başqa ölkələrdə din xadimləri AŞPA deputatlarını şantajla hədələyib" - Fazil Mustafa
"Polşa və başqa ölkələrdə din xadimləri AŞPA deputatlarını şantajla hədələyib" - Fazil Mustafa26-01-2016, 16:30. Yazar: admin |
|
AŞPA-nın bugünkü sessiyasında qurumun siyasi məsələlər komitəsinin keçmiş məruzəçisi, britaniyalı parlamentar Robert Valterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabat qəbul olunmayıb. Bu gün AŞPA-nın plenar iclasında keçirilən müzakirənin sonunda hesabat tam şəkildə səsə qoyulub. Lehinə 66, əleyhinə 70 nəfər olmaqla, sənəd keçməyib. Vertikal.az xəbər verir ki, hesabatın qəbul olunmaması ilə bağlı Milli Məclisin deputat Fazil Mustafa sərt münasibət bildirib. Onun sözlərinə görə, Avropa Şurasının Parlament Assambleyasında görünməmiş saxtakarlıq baş verib: "Bu gün Volterin və Markoviçin meruzesi müzakireye çıxarıldı. Volter Böyük Britaniya parlamentinə seçilmediyinə görə onun məruzəsini ermənilerin dəstəkçisi sayılan Yansen təqdim edirdi. Volterin meruzəsi Dağlıq Qarabağ və sərhədyanı bölgələrdə vəziyyetin gərginləşməsi ilə bağlı idi və Avropa Şurasının rəhbərliyi Minsk qrupu ilə gizli şəkilde sövdələşərək bu qətnamənin qəbulunu əngəllədiler. Demək, iclası AŞPA-nın prezidenti Aqramunt aparır, səsvərməye yaxınlaşanda qəfildən Aqramuntu çağırdılar ve yerinə vitse-prezident keçdi və səsvərmənin gedişində hələ nəticəni görməmiş bildirdi ki, 24 nefer səsvermədə iştirak etmədiyinə görə səsverməni uzadırıq. Nəticədə Volterin məruzəsi 66 lehine, 70 əleyhinə rədd edildi. İki faktı deyim ki, Azerbaycan nümayəndə heyətindən çıxışa yazılmış 6 nəfərdən yalnız Rəfail Hüseynova söz verdilər. Aldığımız deqiq məlumata görə, Polşa ve başqa ölkələrdə hetta din xadimleri deputatları çağırıb xristian ermənilərə dəstək verməyənlərin ifşa olunacaqlarını bildiriblər. Volterin meruzəsi siyasi xarakterli olduğuna görə ve işğalı birmənalı vurğuladığına görə Avropa dövlətləri ciddi lobbiçilik göstərərək qətnamənin qəbul olunmasının qarşısını aldılar. Sərsəng su anbarı ile bağlı Markoviçin məruzəsində də işğalla bağlı müddəalar yer alırdı, ancaq mahiyyetcə ekoloji xarakterli sənəd idi, ona görə də balans saxlamaq üçün ikinci sənədə birinci qədər sərt əngəl yaratmadılar. Markoviçin hazırladığı qetnamə 98 lehinə, 71 əleyhinə olmala səs çoxluğu ile qəbul edildi. Her halda, ermənilərin işğalçılığını təsdiqləyən belə bir sənədin qəbul olunması da bu şərtlərdə müsbet addım sayıla bilər". Deputat hesab edir ki, AŞPA-nın bu sessiyasında müsbət hadisələrdən biri də hörmətli xanım millət vəkilimiz Sahibə Qafarovanın Miqrasiya, qaçqınlar ve məcburi köçkünlər komitəsinin sədri seçilməyi olub: "Qeyd edim ki, AŞPA tarixində ilk dəfədir ki, Azərbaycan nümayəndə heyətinin üzvü komitəyə sədr seçilir". Geri dön |