Ana Sayfa > Xəbər > "ANS məhkəmələrdə heç bir iş üzrə uğur qazanmayıb" - MTRŞ

"ANS məhkəmələrdə heç bir iş üzrə uğur qazanmayıb" - MTRŞ


26-01-2016, 12:12. Yazar: admin
"ANS məhkəmələrdə heç bir iş üzrə uğur qazanmayıb" - MTRŞ
“ANS televiziyası 2015-ci ildə 40 dəfə inzibati xətalara dair işlər üzrə inzibati məsuliyyətə, iki dəfə isə inzibatı icraat üzrə məsuliyyətə cəlb olunub”.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədli belə deyib.

Onun sözlərinə görə, birinci instansiya məhkəməsi 14 qərar üzrə MTRŞ-nın xeyrinə qərar qəbul edib: “26 qərara isə birinci instansiya məhkəməsində baxılır. Apellyasiya məhkəməsində iki inzibati icraat üzrə verilmiş qərarlarla da bağlı Şuranın xeyrinə qərar çıxarılıb”.

T. Məmmədli qeyd edib ki, ANS telekanalı məhkəmələrdə heç bir iş üzrə uğur qazanmayıb.

APA

Geri dön