Ana Sayfa > Xəbər > Qars İslam Şurasının ilk rəhbəri anılacaq
Qars İslam Şurasının ilk rəhbəri anılacaq25-01-2016, 17:06. Yazar: admin |
|
“Borçalı” İctimai Cəmiyyəti Qars İslam Şurasının ilk rəhbəri Kəpənəkçi Emin Ağanın xatirəsinə həsr olunan tədbir keçirəcək. Kəpənəkçi Emin Ağa Acalov 20-ci yüzilin başlarında siyasi-ictimai sahədə fəallıq göstərən, hətta Anadoluda birincil cümhuriyyət qurumuş Cənubi-Qərbi Qafqaz Cümhuriyyətinin sələfi olaraq bilinən Qars İslam Şurasının ilk prezidenti olub. Emin ağa Acalov şəxsiyyətinə, XX əsrin əvvəllərndə cərayan edən proseslərə baş vurmaqda fayda olacağını düşünərək “Borçalı” İctimai Cəmiyyəti növbəti Dədə Camal Məclisində bu tarixə işıq salmağa çalışacaq. Mövzu ətrafında tarix elmləri üzrə fəlsəfə doktoru Kərəm Məmmədov məruzə edəcək, o dövrün bilici alimləri mövzu ətrafında çıxışlar edəcəklər. Tədbir 31 yanvar 2016-cı il tarixində, saat 11-də “Xudafərin” sarayında başlayacaq. Arzu edən hər kəs iştirak edə bilər. Geri dön |