Ana Sayfa > Xəbər > Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllinin axtarışı üzrə səyləri alqışlayır

Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllinin axtarışı üzrə səyləri alqışlayır


22-01-2016, 15:42. Yazar: admin
Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllinin axtarışı üzrə səyləri alqışlayır
ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışı istiqamətində səyləri alqışlayır. Trend-in məlumatına görə, bu barədə ATƏT Minsk qrupunun bəyanatında deyilir.

Qeyd olunur ki, həmsədrlər münaqişənin sülh yolu ilə həllinə tərəfdar olan hər kəslə birgə işləməyə hazırdır.

Bəyanatda bildirilir: “Biz anlayırıq ki, Avropa Şurası Parlament Assambleyası (AŞ PA) yaxın vaxtlarda münaqişə ilə bağlı qətnaməyə baxa bilər və biz AŞ PA-ya, digər regional və beynəlxalq təşkilatlara xatırlatmaq istəyirik ki, Minsk qrupu danışıqlar üçün yeganə məqbul format olaraq qalır”.

Geri dön