Ana Sayfa > Xəbər > Bağdadda 3 amerikalı itkin düşüb
Bağdadda 3 amerikalı itkin düşüb18-01-2016, 10:31. Yazar: admin |
|
ABŞ və İraq rəsmiləri İraqın paytaxtı Bağdadda itkin düşmüş 3 amerikalını tapmağa çalışır. Yanvarın 17-d hər iki ölkə rəsmiləri oxşar açıqlama veriblər. “Onların tapılması üçün İraq hakimiyyəti ilə tam əməkdaşlıq edirik”, ABŞ Dövlət Departamentinin sözçüsü John Kirby deyib. Al-Arabiya televiziyası amerikalıların “silahlılar” tərəfindən oğurlanma ehtimalından yazıb. Onların Bağdadın cənubunda itdiyi qeyd olunur. Frans Press adını çəkmədiyi İraq polis polkovnikinə istinadla yazıb ki, 3 amerikalı və iraqlı tərcüməçi hərbi formada olan silahlılar tərəfindən oğurlanıblar. O, həmin şəxslərin yerinin tapılması üçün İraq qüvvələrinin əməliyyata başladığını da sözlərinə əlavə edib.. Əsasən şiələrdən ibarət yarı-hərbi qüvvələr İraqa İslam Dövləti silahlı qruplaşmasına qarşı döyüşlərdə kömək edir. Onlar edam və adam oğurluğunda da ittiham olunurlar. Geri dön |