Ana Sayfa > Xəbər > “17 yanvar mitinqinə 12 min adam qatılacaq” – Naira Zöhrabyan
“17 yanvar mitinqinə 12 min adam qatılacaq” – Naira Zöhrabyan14-01-2016, 16:55. Yazar: admin |
|
“Sosial şəbəkələrdə bazar günü keçiriləcək mitinqlə bağlı “event” yaratdıq. On min adam gözləyirdik. Artıq 12 min insan partiyamızın mitinqinə qatılacağını bildirib”. Hafta.az-ın aravot.am-a istinadən verdiyi xəbərə görə, bunu Firəvan Ermənistan Partiyasının (FEP) sədri Naira Zöhrabyan deyib. Zöhrabyan bildirib ki, budəfəki aksiyaya 15 minə yaxın insan qatılacaq: “Hakimiyyət bizə öncə Azadlıq meydanında aksiya keçirməyə icazə vermişdi. “Event”imizi görüb, mitinqin keçiriləcəyi məkanı Maşrop meydanına dəyişdi. Biz bununla razılaşmırıq. Hər kəsi Azadlıq meydanına dəvət edirəm. Biz orada olacağıq”. Zöhrabyan daha sonra bildirib ki, budəfəki mitinqin əsas şüarı “Yeni islahatlar!” və “Serj, talana son ver!” olacaq. Geri dön |