Ana Sayfa > Xəbər > Sabirabadda kişi özünü güllələdi - Meşədə
Sabirabadda kişi özünü güllələdi - Meşədə14-01-2016, 13:46. Yazar: admin |
![]() Sabirabad rayonunda bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə yanvarın 12-də Sabirabad rayonunun Şıxsalahlı kəndində qeydə alınıb. Meşə zolağında kənd sakini Nemət Məmmədli ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən ayaq nahiyəsindən xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib. Sabirabad RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “İJ-K” markalı tüfəng götürülüb. Araşdırma aparılır. Geri dön |