Ana Sayfa > Xəbər > Dollara görə dərmanın qiymətinə yenidən baxılacaq

Dollara görə dərmanın qiymətinə yenidən baxılacaq


22-12-2015, 17:32. Yazar: admin
Dollara görə dərmanın qiymətinə yenidən baxılacaq
“Tarif Şurasına Səhiyyə Nazirliyi tərəfindən deyil, iş adamları tərəfindən müraciət olunub. Bu günlərdə şuranın növbəti iclası olacaq”.

Virtualaz.org saytının müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsəvər Ağayev deyib.

Nazir müavini vurğuladı ki, dolların məzənnəsinin dəyişməsi ilə əlaqədar olaraq Tarif Şurasında qiymətlərə yenidən baxılacaq: “Bu zaman dərmanların qiymətlərinin neçə faiz artacağına qərar veriləcək. Çünki Nazirlər Kabineti Azərbaycanda qeydiyyatdan keçən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və onlara nəzarət qaydalarını təsdiqləyib. Bu qaydalara əsasən valyutanın məzənnəsi 5 faizdən artıq dəyişərsə, onda təsdiq olunan qiymətlərə yenidən baxılacaq”.

E.Ağayev əlavə etdi ki, dekabrın 21-dən 3540 adda dərman yeni qiymətlə satışa çıxarılıb, dərmanların 46%-i 2 dəfədən artıq, 24%-i 3 dəfədən artıq, bəziləri isə 4-5 dəfə uculaşıb: “Təbii ki, qiymətlərin artıq olması qaçılmazdır. Lakin yeni qiymət əvvəlki qiymətlərdən aşağı olacaq. Yeni qiymət artımından sonra belə qiymətlər əvvəlkindən çox olmayacaq”.

Nazir müavini dedi ki, manatın məzənnəsi ilə əlaqədar olaraq dövlət xəstəxanalarında heç bir problem yoxdur: "Xəstəxanalar ilin əvvəlində və ortasında dərman ehtiyatlarını görüblər. Dövlət səhiyyə müəssisələrində xidmət pulsuzdur, ancaq özəl müəssisələrdə belə deyil. Buna görə də onların gətirdikləri məhsulların qiymətində hər hansısa bir dəyişiklik olarsa, xidmət haqqının qiymətini dəyişə bilərlər".

Geri dön