Ana Sayfa > Xəbər > Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində yanğın olub
Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində yanğın olub16-12-2015, 10:03. Yazar: admin |
![]() Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin inzibati binasında yanğın olub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Yanğından Mühafizə Hissəsindən bildirilib. Məlumata görə, bu gün saat 07:40 radələrində, Zaqatala şəhəri, Nizami küçəsində yerləşən kollecin inzibati binalarından birində, ikimərtəbəli korpusunda yanğın baş verib. Hadisə yerinə dərhal FNH-nin Zaqatala YMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Alov qısa müddətdə məhdudlaşdırılıb, hazırda yanğının tam söndürülmə əməliyyatı gedir. Yanğın nəticəsində binanın birinci mərtəbəsində 15 kv/m, ikinci mərtəbəsində 25 kv/m və çardaq hissəsində 50 kv/m sahənin yanar konstruksiyaları yanıb. Faktla bağlı Zaqatala YMH-də araşdırma aparılır. Geri dön |