Ana Sayfa > Xəbər > Rusiya ilə bağlarımızın qırılmasını istəmirik
Rusiya ilə bağlarımızın qırılmasını istəmirik1-12-2015, 12:48. Yazar: admin |
|
"Rusiya ilə bağlarımızın qırılmasını istəmirik." SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin iqlim konfransının keçirildiyi Parisdə açıqlama verərkən bildirib. "Bir az səbirli olaq. Emosiyalara qapılaraq hərəkət etməyək. Qoy, ətəklərində nə qədər daş varsa, töksünlər, biz sonra qərarımızı verəcəyik. Türkiyə Rusiya ilə olan əlaqələrin kəsilməsini istəmir. Biz bu əlaqələri qorumağa çalışırıq, çünki bizim fərqli bağlarımız var. Rusiya bunu necə davam etdirəcək, əlbəttə, onu deyə bilmərəm. Türkiyə bir qəbilə dövləti deyil. Biz 80 milyon əhalisi olan G20-yə üzv bir ölkəyik.", - R.T.Ərdoğan belə deyib. Geri dön |