Ana Sayfa > Xəbər > Rusiya XİN: Türkiyənin addımları cavabsız qalmayacaq
Rusiya XİN: Türkiyənin addımları cavabsız qalmayacaq26-11-2015, 14:08. Yazar: admin |
![]() “Moskva bir daha təsdiq edir ki, Suriya üzərində Rusiya təyyarəsini vuran Türkiyə tərəfinin addımları ikitərəfli əlaqələr üçün ciddi nəticələr verəcək və reaksiyasız qalmayacaq”. APA-nın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Qeyd olunur ki, dünən Kopenhagendə Rusiya xarici işlər nazirinin I müavini Vladimir Titovun Danimarka xarici işlər naziri Kristian Yensenlə görüşü olub, habelə Danimarka XİN-in stats-katibi ilə məsləhətləşmələr aparılıb. Danışıqlar zamanı Rusiya tərəfi Türkiyə Hərbi-Hava Qüvvələrinin Suriyada Rusiyanın Su-24 təyyarəsini vurmasına qiymət verib, Türkiyə tərəfinin addımının düşünülmüş və təxribat xarakterli olduğunu vurğulayıb. Geri dön |