Ana Sayfa > Manşet > Azercell daha bir abunəçisinin başına oyun açıb - ŞİKAYƏT

Azercell daha bir abunəçisinin başına oyun açıb - ŞİKAYƏT


10-09-2015, 13:34. Yazar: admin
Azercell daha bir abunəçisinin başına oyun açıb - ŞİKAYƏT
“Azərcell” mobil operatoru barəsində şikayətlər səngimir. TİA.AZ-ın əldə etdiyi məlumata görə, şirkətin abunəçilərinin aldatması ictimailəşdiyi üçün rəhbərlik tərəfindən təpki ilə qarşılanıb. Rəhbərlik bu şikayətlərin qarşısını almağa çalışır.
Ancaq TİA.AZ-a nöbəti məlumat daxil olub. Abunəçi yazır:
“Balansım bitdiyi üçün 1 AZN-lik danışıq kartı yüklədim. Bakcell abunəçisi ilə cəmi 7 dəqiqə 30 saniyə danışandan sonra balansım bitdi. Yəni saat 21:12-də yüklədiyim 1 AZN-lik danışıq kartı 21:19-da cəmi 7 dəqiqə içərisində bitdi. Üstəlik Azercell-in internet paketlerinin qiymətidə həddən artıq bahadır.
Kiçik bir müqayisə aparaq: Azercell operatoru 1 günlük 50MB internet paketini 25 qəpiyə verir. Halbuki Bakcell operatorunda 1 günlük 50 MB internet paketi cəmi 5 qəpiyədir. Bu da 1 günlük 50 MB internet paketinin qiymətinin Azercell-də 5 dəfə baha olması deməkdir. Fırıldaqlar bununla da bitmir.
Azercell-də 1 və 2 manatlıq danışıq kartları üçün nömrənin birtərəfli bağlanması üçün eyni müddət nəzərdə tutulub. 1 yaxud 2 manatlıq kart yükləyən abunəçi 1 həftə sonra balansını artırmasa nömrə bağlanacaq. Bu, abunəçini kart almağa məcbur edir.
1 manatlıq danışıq kartı üçün nəzərdə tutulan bir həftə müəyyən qədər yaxşı vaxt olsa da, 2 manatlıq danışıq kartına da eyni zamanın tanınması müştərini soymağın başqa adıdır.
Halbuki Bakcell və Azerfon-da 2 manatlıq danışıq kartı 30 gün(1 ay) gedir ki, bu da Azercell-in nə qədər soyğunçu olduğunu göstərir. Azercell-də ölkədaxili zənglər üçün hesablama intervalını 1 dəqiqə müəyyənləşdirib.
Danışığın 1 dəqiqəsi 14 qəpikdirsə, Azercell 1 saniyə üçündə danışığı 1 dəqiqə kimi yuvarlaqlaşdıraraq hesabdan birbaşa 14 qəpik çıxır ki, bu da istifadəçinin soyulması deməkdir”.

Geri dön