Ana Sayfa > Manşet > Prezident dünən sabahımızı necə anons etdi...
Prezident dünən sabahımızı necə anons etdi...9-09-2015, 15:12. Yazar: admin |
|
Prezident İlham Əliyev ölkənin inkişaf planı ilə bağlı tezisləri ilə yerli və xarici ictimai rəyi cəlb edə bildi. Belə ki, sentyabrın 8-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə modeli ilə bağlı islahat zərfi kimi dəyərləndirilir. Xatırladaq ki, sentyabrın 1-də Nazirlər Kabinetində 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycan Respublikasının 2016-cı il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilmişdi. Büdcə layihəsi ətrafında aparılan geniş müzakirələrin yekununda “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq, büdcə zərfinə daxil olan sənədlər toplusunun Azərbaycan prezidentinə təqdim edilməsi barədə qərar qəbul edilib. Prezident çıxışında cəmiyyəti narahat edən məsələlərlə bağlı konkret addımlar atılacağını vurğuladı. İlham Əliyev bildirdi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır. Həm inzibati tədbirlər, lazım gəldikdə cəza tədbirləri həyata keçirilir. İlham Əliyev bildirdi ki, ən əsası odur ki, bu sahədə sistem xarakterli islahatlar, institusional islahatlar mühüm rol oynayır. Dövlət başçısı bildirib ki, Azərbaycanda sabitlik, inkişaf, normal həyat davam edir: “Biz ölkəmizi bu bəlalardan qorumuşuq, bizə uzanan çirkli əlləri kəsmişik. Bundan sonra da ölkəmizi qoruyacağıq, inamlı inkişafımızı təmin edəcəyik. Prezident İlham Əliyev bildirib ki, ötən müddət ərzində neftin qiyməti kəskin aşağı düşüb: “Yəqin ki, mütəxəssislər, təhlilçilər bunun səbəbini araşdırmalıdırlar. Ancaq istisna edilmir ki, neftin qiymətinin kəskin düşməsi siyasi sifarişin nəticəsidir. Buna baxmayaraq, biz bu vəziyyətə də hazır olmalı idik. Bu günə qədər iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektoru ilə bağlı atılan addımlar bizə kömək etdi ki, vəziyyətdən minimum itkilərlə çıxaq. Baxmayaraq ki, təbii olaraq gəlirlərimiz böyük dərəcədə azalıb. Keçən il neftin qiyməti 100 dollardan yuxarı idisə, bu gün 50 dollardan aşağıdır. Neftin qiyməti 2 dəfədən çox düşüb. Ancaq biz çalışırıq və çalışacağıq ki, Azərbaycan xalqı bundan əziyyət çəkməsin. Bütün sosial proqramlar, sosial infrastruktur layihələr icra edilir, insanların təhlükəsizliyi və sosial müdafiəsi təmin edilir”. Prezident bəyan edib ki, dünyada dərin iqtisadi və maliyyə böhranı davam edir, xüsusilə Avrasiya məkanında bu böhran daha da ciddi formalar alıbdır. Həm Avropada, həm Asiyada iqtisadi tənəzzül müşahidə olunur. Prezident deyib ki, Yaxın Şərqdə son illər ərzində yüz minlərlə insan həlak olub: "Onlar xarici müdaxilə, qanlı toqquşmalar nəticəsində həlak olublar və bu müharibənin, bu toqquşmanın sonu görünmür. Əksinə, yeni müharibə ocaqları yaranır və günahsız insanlar bundan əziyyət çəkir. Post-sovet məkanında vəziyyət daha da gərginləşir, həm qanlı toqquşmalar, eyni zamanda, siyasi və iqtisadi böhranlar hökm sürür". Dövlət başçısı proqram xarakterli çıxışında Azərbaycan ətrafında qurulan beynəlxalq oyunlardan da söz açdı: "Baxın, Ukraynada, Yaxın Şərqdə, Suriyada, İraqda, Liviyada nələr baş verir? O ölkələrin ərazi bütövlüyü demək olar ki, pozulub. Yaxın Şərqdə bundan sonra vəziyyəti sabitləşdirmək, sülhü bərpa etmək üçün müsbət meyllər gözə dəyimir”. Çıxışda ən diqqəti çəkən məqam “rəngli inqilablar” mövzusu idi. İlham Əliyev bəyan etdi ki, istənilən regionda əmin-amanlıq üçün təhlükə yaradır və yalnız ABŞ-ın xoşu gəlməyən rejimləri onun nəzarət etdiyi hökumətlərlə əvəz etmək məqsədi güdür. Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, yaxın zamanlarda Azərbaycanda ictimai, siyasi, iqtisadi sahədə olduqca ciddi yeniləşmələr olacaq. Yeni bazar prinsiplərinin işə salınması ilə Azərbaycanda kifayət qədər ciddi irəliləyiş baş verə bilər. Əslində, İlham Əliyevin taktiki gedişləri anlaşılandır. Bu gün iqtidar bazarı saxlamaq üçün müəyyən qədər vəsaiti dövriyyəyə buraxır. Ancaq bazar öz-özünə tənzimləmir. Ona görə də bazar münasibətlərinin yaradılması, kiçik və orta sahibkarlığın real inkişafı, rəqabət mühitinin bərqərar edilməsi lazımdır. Prezident də buna çalışır. Adıçəkilən çıxışı ilə dövlət başçısı açıq mesaj vermiş oldu -təkliflər verilsin və ciddi müzakirələrə başlanılsın. Prezident özü islahatlar paketi hazırlayıb. Düzdür, islahatların nədən ibarət olduğunu, nə zaman ortalığa çıxarılacağını ictimaiyyət bilmir, lakin istisna deyil ki, siyasi hakimiyyət müstəqil, yaxud müxalif ekspertlərin fikirlərindən də bəhrələnir. Avropa.info-nun ekspert qrupu Geri dön |