Ana Sayfa > Manşet > YAP bu seçkilərin də favorit qüvvəsidir - SORĞU

YAP bu seçkilərin də favorit qüvvəsidir - SORĞU


8-07-2015, 17:13. Yazar: admin
YAP bu seçkilərin də favorit qüvvəsidir - SORĞU
«Söz» Analitik Araşdırma Bürosu (SAAB) qarşıdan gələn parlament seçkilərilə bağlı paytaxt Bakıda və Sumqayıtda mini-sorğu keçirib.

SAAB-dan Vertikal.az-a verilən məlumatlardan aydın olur ki, Sorğuda iştirak edən 300 respondent «Parlament seçkilərində hansı partiyanın namizədinə səs verəcəksiniz» sualına az qala yekdil formada rəy bildiriblər.

Qurumun məlumatına görə, rəyi soruşulanların 78,5 faizi hakim Yeni Azərbaycan Partiyasını dəstəkləyəcəyini, YAP-ın namizədinə səs verəcəyini bəyan edib. Cəmi 14 faiz müstəqil namizədlərə, yergə qalanlar - 7,5 faiz isə müxtəlif namizədlərə səs verəcəyini bildirib.

Geri dön