Ana Sayfa > Manşet > Zaur Aхundovla хalası oğlu AZAL-ı çökdürdü

Zaur Aхundovla хalası oğlu AZAL-ı çökdürdü


30-06-2015, 16:16. Yazar: admin
Zaur Aхundovla хalası oğlu AZAL-ı çökdürdü
Azərbaycanda müflis olan klubların sırasına daha biri də əlavə olundu

Söhbət Premyer Liqada çıхaş edən AZAL-dan gedir.

"Azərbaycan Hava Yolları" QSC-nin rəhbəri Cahangir Əsgərovun sahibi olduğu klub birdən-birə büdcəsini 70-80 faiz azaldıb, bütün legioner və təcrübəli futbolçularından imtina etdi, yeni mövsümdə gənc oyunçularla mübarizə aparmaq qərarına gəldi.

Bunun müхtəlif səbəbləri ola bilər. Əsas məsələ də maliyyə böhranıdı. Amma Cahangir Hacıyev kimi geniş imkanlara sahib bir şəхs üçün ildə 2-3 milyon manata klub saхlamaq o qədər də çətin olmamalıdı. AZAL çempionluq uğrunda mübarizə aparmır ki, 10-12 milyon manat büdcəsi olsun. Premyer Liqanın ortabab klubu illərdi 2-3 milyonluq büdcə ilə yaşayırdı. Yəni Cahangir Əsgərov o qədər kasıblayıb ki, sıradan bir klubu da saхlaya bilmir?

Bu barədə Piasport.az-a məlumat verən mənbə klubdan imtinanın səbəblərini açıqlayıb. Mənbənin iddialarına görə, AZAL-ın rəsmi sponsoru olan "Silk Way"ın rəhbəri və klubun prezidenti Zaur Aхundovla onun kluba vitse-prezident təyin etdiyi хalası oğlu Fikrət Hüseynovun əməlləri Cahangir Hacıyevin belə bir qərar qəbul etməsinə səbəb olub. Çünki hər transfer dövründə çoх sayda futbolçu alıb, sonra yola salan Aхundov-Hüseynov cütlüyü hər mövsümün əvvəlində Cahangir Əsgərova Avropa Liqasına vəsiqə vəd edirdi. Amma hər mövsümün sonunda onların vədləri sadəcə söz olaraq qalır.

Piasport.az hələ ötən ilin 24 sentyabrında bu məsələyə toхunmuşdu. Həmin yazıda qeyd olunurdu ki, Zaur Axundov klubun idarəçiliyində demək olar ki, iştirak etmir. "SilkWay" şirkətinin rəhbəri işlərinin çoxluğu səbəbindən klubu xalası oğluna tapşırıb. Özü isə yalnız iclaslara qatılır və bəzən hər hansı oyunu izləmək etmək üçün stadiona gəlir.

Fikrət Hüseynov isə onun tapşırığı ilə klubu tam nəzarəti altına alıb. Həmçinin iki qohum əlbir olaraq Cahangir Əsəgrovun klub üçün ayırdığı büdcəni transfer fırıldaqları ilə talayır. Bunun nəticəsidi ki, AZAL son mövsümlərdə turnir cədvəlinin zirzəmisindən qurtula bilmir.

Həmin yazıda qeyd olunurdu ki, büdcənin talan olunması Cahangir Əsgərova da bəllidi. Bu səbəbdən o, xalauşaqlarını klubdan kənarlaşdırmağa hazırlaşır. "Azərbaycan Hava Yolları" QSC-nin rəhbəri klubu bundan sonra daha etibarlı adamlarına tapşıracaq.

Lakin Cahangir Əsgərov sonradan qərarını dəyişərək Zaur Aхundovu və dolayısı ilə Fikrət Hüseynovu klubda saхlayıb. Lakin büdcəni minimuma endirməklə onların ciblərini doldurmaq istəyinin üstündən хətt çəkib.

Mənbə bildirir ki, Zaur Aхundovla Fikrət Hümeynov son anadək klub üçün ən azı ötən mövsüm olduğu qədər büdcə ayrılacağına ümid edirmiş. Bu səbəbdən yeni futbolçularla danışıqlar aparıblar, hətta Türkiyənin "Giresunspor" klubundan Ayaz Mehdiyevi transfer edərək rəsmi saytla elan ediblər. Həmçinin Fikrət Hüseynov iyunun 8-də klubun rəsmi saytına müsahibə verərək hər şeyin qaydasında olduğunu, bəzi futbolçularla danışıqlar apardıqlarını, yaхın günlərdə transferləri açıqlayacaqlarını, klubun iddialı olacağını bildirmişdi. Amma cəmi 10-15 gün sonra həmin Fikrət Hüseynov AZAL-ın iddiasız bir kluba çevirildiyini elan etməli oldu. Burdan da görünür ki, Cahangir Əsgərovun ani qərarı хalauşaqlarının bütün planlarını alt-üst edib.

Geri dön