Ana Sayfa > Manşet > Şamaxı sakinləri onları şüalandıran sahibkardan şikayətçidirlər

Şamaxı sakinləri onları şüalandıran sahibkardan şikayətçidirlər


30-06-2015, 14:43. Yazar: admin
Şamaxı sakinləri onları şüalandıran sahibkardan şikayətçidirlər
Oxuculardan biri Şamaxıda üzümçülüklə məşğul olan şəxsin öz üzüm sahəsinin üzərinə yağıntının qarşısını almaq üçün havaya xüsusi şüaların buraxması barədə məlumat verib. Nəticədə atmosfer havasına zərər dəyir, o cümlədən əhali yağış suyundan məhrum olur.

FaktXəbər-in verdiyi məlumata görə, məsələ ilə əlaqədar hüquqşünas Vamiq Şükürov münasibət bildirib. Onun sözlərinə görə, bu əməl qanunvericiliklə qadağan olunmuşdur: «Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativləri və ona fiziki təsirin yol verilən səviyyəsinin müəyyən edilməsi" qaydaları qəbul olunub. Qaydalarda göstərilr ki, atmosfer havasına fiziki təsirin yol verilən səviyyəsi müəyyən edilməlidiir. Yəni atmosfer havasına fiziki təsirin (səs-küy, vibrasiya, ionlaşdırıcı şüalar, elektromaqnit dalğaları, temperatur və s.) normativi olub, onun insan sağlamlığına və ətraf mühitə zərərli olmayan maksimum yol verilən səviyyəsi tətbiq olunur».

Vamiq Şükürov bildirib ki, bu səviyyənin normativlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırmaqla Səhiyyə Nazirliyi müəyyənləşdirir və təsdiq edir: «Əgər bu səviyyə aşılarsa və nəticədə insanlara, flora və faunaya, xüsusi mühafizə olunan təbii ərazilərə və obyektlərə zərərli kimyəvi, bioloji və fiziki təsir göstərilərsə, bu hüquq pozuntusu sayılır. Buna yol vermiş şəxslər və təşkilatlar cərimələnməlidir. İnzibati Xətalar Məcəlləsinin 76-1.ci maddəsinə əsasən Atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulmasına görə fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək miqdarda cərimə edilir».

Geri dön