Ana Sayfa > Manşet > İşbaz istirahət mərkəzi sahibləri turistləri belə qarşılayır?
İşbaz istirahət mərkəzi sahibləri turistləri belə qarşılayır?10-06-2015, 16:00. Yazar: admin |
|
Artıq ölkəmizdə istirahət mövsümunə start verilib. Paytaxtda və bölgələrdə kifayət qədər istirahət mərkəzi fəaliyyət göstərir. Lakin həmin istirahət mərkəzlərindən hər kəs yararlana bilmir. Belə ki, istirahət mərkəzlərindəki qiymətlər bazar iqtisadiyyatına uyğun deyil. Ona görə də istirahət məkanları hər kəs üçün əlçatan deyil. Elə qiymətlər tətbiq edirlər ki, ancaq imkanlı şəxslər belə yelərdə dincələ bilirlər. İmanı zəif olan insanlar ölkədə fəaliyyət göstərən turizm obyektlərindən yararlanmaq imkanından məhrumdurlar. Artıq bir neçə gündən sonra ölkədə Birinci Avropa Oyunları başlayacaq. Ona görə də turizm məkanlarında qiymətlər birə beş qalxıb. Əcnəbilərdən yaxşı qazanc götürəcəklərini düşünən bəzi sahibkarlar qanunsuz əməllərə yol verirlər. Burada bir həftəlik istirahət xərciylə xarici ölkələrdə bir ay istirahət etmək mümkündür. Ona görə də qiymətlər elə tətbiq edilməlidir ki, hər kəs bundan yararlansın. Xüsusilə də vətəndaşların orta aylıq əmək haqqına uyğun tətbiq edilməlidir. Məsələn, Türkiyənin özündə istirahət imkanları genişdir. Hər kəs üçün əlçatandır. Kasıbını da fikirləşirlər, varlısını da. Lakin ölkəmizdə qiymətlərdə fərq yoxdur. Özü də yayın lap isti çağlarında bölgələrdə qiymətləri daha da qaldırırlar. Ona görə də bəzi şəxslər regionlara üz tutmaqdansa, elə paytaxtda qalıb istirahət etməyi düşünürlər. Lakin ölkədə fəaliyyət göstərən istirahət məkanlarında da vəziyyət oxşardır. Xüsusilə də ailəvi şəkildə istirahət etmək çətin məsələdir. Elə istirahət məkanları var ki, orada vəziyyət heç də ürəkaçan deyil. Bunlardan biri də paytaxtda fəaliyyət göstərən "Jasmine" otelidir. Təəssüf ki, bu otellə bağlı heç də yaxşı fikirlər səslənmir. Nəzərə alsaq ki, qarşıda bizi Birinci Avropa Oyunları gözləyir. Belə bir zamanda istər regionlarda olsun, istərsə də paytaxtda bütün istirahət məkanları, restoran və otellərin fəaliyyətinə xüsusi nəzarət olmalıdır. Ölkəmizin imicinə ziyan vuran hansısa obyektin fəaliyyəti ya dayandırılmalı, ya da həmin obyektə qarşı tədbirlər görülməlidir. Çünki ölkəmizə kifayət qədər idmançılar, media nümayəndələri, tamaşaçılar təşrif buyuracaq. Ölkəmiz barədə mənfi fikirdə olmamaları üçün paytaxtda, eləcə də bölgələrdə fəaliyyət göstərən istirahət məkanları öz işini nəzərdən keçirməlidir. Sahibkarlar öz işlərində məsuliyyətli olmalı, ölkəmizin adına ləkə gətirəcək işlərə yol verməməlidir. Belə məkanlardan biri də Nərimanov rayonu ərazisində yerləşən "Jasmin" otelidir. Əslində bu məkanda baş verən neqativ olaylarla bağlı dəfələrlə məlumat vermişik. Yenə də bildiririk ki, bu obyektin fəaliyyətinə xüsusi olaraq nəzarət gücləndirilməlidir. Xatırladaq ki, adıçəkilən obyekt Təhsil Nazirliyinin sabiq şöbə müdiri Şahrza Əliyevlə onun iş ortağı Mərhəmət Bəşirova məxsusdur. Bu iki şəxs biznes fəaliyyətlərini sağlam şəkildə deyil, xoşagəlməz əməllərə yol verərək genişləndirirlər. Bu isə qanunlara ziddir. Ona görə də belə bir otelin fəaliyyətinə xüsusi nəzarət edilməli və lazımi tədbirlər görülməlidir. Gündəlik Bakı Geri dön |