Ana Sayfa > Manşet > Niyazi Bayramovun Prezidentə göstərdiyi yaşıllıq saxta çıxdı - Foto, Video

Niyazi Bayramovun Prezidentə göstərdiyi yaşıllıq saxta çıxdı - Foto, Video


4-02-2022, 13:32. Yazar: admin

Niyazi Bayramovun Prezidentə göstərdiyi yaşıllıq saxta çıxdı - Foto, Video
Sosial şəbəkələrdə Prezidentin səfərindən sonra Gəncə şəhərində lentə alınan müəmmalı görüntülər paylaşılıb. Belə ki, paylaşılan video və fotolarda "Nizami" küçəsində Bayraq meydanına yaxın körpünün yanında səki kənarına əkilən ağacların Prezidentin səfərindən sonra çıxarılaraq, maşına yığıldığı görünür.
Paylaşılan görüntülər sosial şəbəkədə insanlar tərəfindən bir mənalı qarşılanmayıb. Sakinlər bildiriblər ki, Gəncə şəhərində bu kimi özbaşınalıqlar baş alıb gedir.
Niyazi Bayramovun Prezidentə göstərdiyi yaşıllıq saxta çıxdı - Foto, Video
Elçin Axundzadə Elçin Axundzadə, Hərbi ekspert, ehtiyatda olan zabit
Hərbi-siyasi ekspert Elçin Axundzadə məsələ ilə bağlı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, təəsüflər olsun ki, bəzi məmurlar Prezidentin yeni dövr üçün hazırlanmış strategiyasına cavab verə və dövr üçün nəzərdə tutulmuş keyfiyyətlərlə ayaqlaşa bilmirlər.

“Artıq məmurlar da bilməlidirlər ki, cəmiyyət məmurlara nəzarət edir, internet vasitəsilə insanlar öz narazılıqlarını bildirir, narazılıqlara əksər hallarda yüksək dövriyyədə reaksiya verilir.

Əminəm ki, cəmiyyətin təpkisindən sonra Gəncə icra hakimiyyəti mütləq şəkildə bu əcaib hala reaksiya verəcək. Belə halın olması Gəncə şəhər icra başçısına baş ucalığı gətirmir, əminəm ki, icra başşısı bu halda günahı olan məmuru cəzalandıracaq və məmur öz mənfi işi barədə açıqlama verəcək. Bu da digər məmurlara da dərs olacaq.
Niyazi Bayramovun Prezidentə göstərdiyi yaşıllıq saxta çıxdı - Foto, Video
Gəncədə Prezidentin səfərindən sonra ağacları çıxarırlar

Təəssüflər olsun ki, belə mənfi halın baş verməsi, görülən müsbət işlərin üstündən xətt çəkdi”.
Geri dön