Ana Sayfa > Manşet > "Azərişıq" Cəlilabadda BELƏ PROBLEM YARADIR... - yararsız işıq dirəkləri taxılların yanmasına səbəb olur

"Azərişıq" Cəlilabadda BELƏ PROBLEM YARADIR... - yararsız işıq dirəkləri taxılların yanmasına səbəb olur


2-06-2021, 16:57. Yazar: admin

"Azərişıq" Cəlilabadda BELƏ PROBLEM YARADIR... - yararsız işıq dirəkləri taxılların yanmasına səbəb olur
Cəlilabad rayonunda köhnə elektrik dirəkləri təhlükə saçır.

Bu barədə Oxu.Az-a rayonun Ədişə kənd sakin sakinlərindən şikayət daxil olub.

Kənd sakinləri iddia edirlər ki, elektrik dirəkləri qırılaraq taxıl zəmisinə düşür:

“Hər dəfə qırılıb düşür yerə, yüksək gərginlikli elektrik naqilləri taxılın yanmasına səbəb olur. Dəfələrlə müraciət etmişik, amma məsələyə baxmırlar. Axırda ev-eşik də yanacaq. Çarəsiz vəziyyətdə qalmışıq”.


Geri dön