Ana Sayfa > Manşet > Azərbaycan-İran sərhədində xidmət edən sərhədçilərə yeni tapşırıqlar verilib
Azərbaycan-İran sərhədində xidmət edən sərhədçilərə yeni tapşırıqlar verilib4-05-2021, 17:21. Yazar: admin |
|
Azərbaycan-İran dövlət sərhədində xidmət edən sərhədçilərə yeni tapşırıqlar verilib. "Report"un xəbərinə görə, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev mayın 3-4-də işğaldan azad olunan ərazilərdə səfərdə olublar. Səfər çərçivəsində həmçinin Azərbaycan-İran dövlət sərhədində Zəngilan rayonu ərazisində “Bartaz” sərhəd zastavasında xidməti-döyüş fəaliyyətinin təşkili, dövlət sərhədinin etibarlı mühafizəsinin daha da yüksəldilməsi üçün görülən işlərlə yerindəcə tanış olunub, şəxsi heyətin xidməti və yaşayış şəraitinə baxış keçirilib, zəruri tapşırıq və tövsiyələr verilib. Geri dön |