Ana Sayfa > Manşet > Azərbaycanda daha 2206 nəfər koronavirusa yoluxub, 35 nəfər ölüb

Azərbaycanda daha 2206 nəfər koronavirusa yoluxub, 35 nəfər ölüb


9-04-2021, 16:37. Yazar: admin
Azərbaycanda daha 2206 nəfər koronavirusa yoluxub, 35 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2206 yeni yoluxma faktı qeydə alınıb, 1578 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 281 387 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 247 459 nəfər müalicə olunaraq sağalıb, 3 846 nəfər vəfat edib, aktiv xəstə sayı 30 082 nəfərdir.

Son sutka ərzində 12 692, hazırkı dövrədək isə 2 990 285 test aparılıb.
Geri dön