Ana Sayfa > Manşet > Azərbaycanda son sutkada 814 nəfər COVID-19-a yoluxub, 342 nəfər sağalıb, 12 nəfər vəfat edib
Azərbaycanda son sutkada 814 nəfər COVID-19-a yoluxub, 342 nəfər sağalıb, 12 nəfər vəfat edib21-03-2021, 17:13. Yazar: admin |
|
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 814 yeni yoluxma faktı qeydə alınıb, 342 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 246 304 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 232 876 nəfər müalicə olunaraq sağalıb, 3 351 nəfər vəfat edib, aktiv xəstə sayı 10 077 nəfərdir. Ölkədə son sutka ərzində 8 386 , hazırkı dövrədək isə 2 776 535 test aparılıb. Geri dön |