Ana Sayfa > Manşet > Türkiyə və Azərbaycan hərbçilərinin birgə təlimi davam edir - VİDEO

Türkiyə və Azərbaycan hərbçilərinin birgə təlimi davam edir - VİDEO


7-02-2021, 15:20. Yazar: admin


Əlahiddə Ümumqoşun Ordu və Türkiyə Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən “Qış təlimi-2021” təlimləri davam edir. Təlim çərçivəsində Türkiyə və Azərbaycan ordusunun Qarsda təlim keçən hərbiçilərinə havada və məsafədən atlanma üzrə təlim keçilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimə aid Türkiyə MN-nin Twıtter səhifəsində yer alan videogörüntü “Qartal kimi göydə süzür, aslanlar kimi yerdə kükrəyir, bir dastandır könüllərdə” ifadələri ilə yayınlanıb.

Qeyd edək ki, fevralın 1-dən 12-dək Türkiyə ilə Azərbaycan ordusunun hərbiçilərinə Qarsda ortaq hərbi təlimlər keçiriləcək.
Geri dön