Ana Sayfa > Manşet > BSU-nun şöbə müdiri 100-dən çox tələbənin təhsil haqqını mənimsədi

BSU-nun şöbə müdiri 100-dən çox tələbənin təhsil haqqını mənimsədi


28-01-2021, 15:03. Yazar: admin

BSU-nun şöbə müdiri 100-dən çox tələbənin təhsil haqqını mənimsədi
Azərbaycanda şöbə müdiri tələbələrin pulunu mənimsəməkdə günahlandırılır.

“Report”un xəbərinə görə, Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva 100-dən çox tələbənin təhsil haqqı kimi ödədiyi 1000-7000 min manat pulunu mənimsəyib

Hadisədən sonra həmin şöbə müdiri işdən çıxarılıb.

Hüquq-mühafizə orqanlarından fakt təsdiqlənib. Bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.

BSU-dan isə bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək.
Geri dön