Ana Sayfa > Manşet > “Türk Hava Yolları” Bakı-İstanbul reyslərini bərpa edir
“Türk Hava Yolları” Bakı-İstanbul reyslərini bərpa edir2-06-2020, 18:13. Yazar: admin |
![]() Türkiyənin milli aviadaşıyıcısı “Türk Hava Yolları” şirkəti (THY) Bakı-İstanbul-Bakı reyslərini bərpa edir. “Report” bu barədə şirkətə istinadən xəbər verir. Məlumata görə, artıq aviabiletlər satışa çıxarılıb. “Əgər iyunun 15-də sərhədlər açılsa, THY uçuşları həyata keçirməyə başlayacaq. Sərhədlərin bağlı qalması müddəti uzadılsa, uçuşlar təxirə salınacaq. Amma bilet alanlar heç bir problemlə üzləşməyəcək. Onlar biletlərini geri qaytara və yaxud 2021-ci ilin sonuna qədər istənilən tarixə dəyişdirə biləcəklər", - deyə THY-dən "Report"a bildirilib. Geri dön |