Ana Sayfa > Manşet > "Biri xəstə 3 uşaqla 4 ildir ki, əziyyət çəkirəm"
"Biri xəstə 3 uşaqla 4 ildir ki, əziyyət çəkirəm"18-01-2016, 16:25. Yazar: admin |
|
"2011-ci ildə dünyaya gələn övladım anadangəlmə sereblal iflic xəstəliyinə tutulub. Yoldaşım həyatda ikən çox yerə müraciət etdik. Amma yoldaşım vəfat edib. Onün müalicəsinin öhdəsindən isə təkbaşına gələ bilmirəm, ona baxmaq və eyni zamanda işləmək mənim üçün çox çəitindir". Bu sözləri Vertikal.az-a Samux rayon sakini Samirə Qəmbərova göndərdiyi məktubunda yazıb. 3 uşaq anası olan bu xanım Gəncə şəhərində İcra Hakimiyyətinə, Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin rəhbəri Səlim Müslümova, Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya da müraciət etdiyini, ancaq bu müraciətlərin cavabsız qaldığını bildirir, cavab gələnlər isə gözləməyi məsləhət bilir: "Amma 4 ildir gözləyirəm. Biri xəstə 3 uşaqla 4 ildir ki, əziyyət çəkirəm. Yoldaşım rəhmətə getdiyi üçün aldığım təqaüd, ancaq evin kirayəsinə çatır. Övladlarıma isə pensiya vermirlər. 5-ci sinifdə oxuyan oğlumu təhsildən saxlayıb, qapılarda işləyirəm. Uşağımın pensiyasını və sosial yardım ala bilmədiyim üçün oğlum uşaqlara baxır, mən isə işləyirəm." Samirə xanım uşağının müalicəsinin mükün olduğunu, ancaq imkansızlığın əlində çarəsiz qaldığını bildirib: "Xəstəliyin müalicəsi var, nevrolorji xəstəxanada olunmalıdır. Bor müddət Tusi Xəstəxanasında müalicə etdirdim, amma sonra imkansızlıqdan müalicəni dayandırdım." Çarəsiz ana imkanlı şəxslərə müraciət edərək, övladının müalicəsi üçün yardım etmələrini xahiş edir. Geri dön |