Ana Sayfa > Manşet > Azərbaycan dövlətinin siyasətinin əsasında vətəndaş və onun inkişafı, dövlətin müdafiəsi və mühafizəsi dayanır
Azərbaycan dövlətinin siyasətinin əsasında vətəndaş və onun inkişafı, dövlətin müdafiəsi və mühafizəsi dayanır25-12-2015, 15:31. Yazar: admin |
|
“Qarşıdan gələn il o qədər də asan olmayacaq. Bilirsiniz ki, son dövrdə dünyada və xüsusən dünyanın neft bazarında yaşanan proseslər, neft bazarındakı konyektura, əsas neft ölkələri kimi Azərbaycanın da qarşısında müəyyən problemlər yaradıb”. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dekabrın 25-də fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən mərasimdə çıxışında deyib. Ə.Həsənov bildirib ki, buna baxmayaraq Azərbaycan bu vəziyyətdən də çıxacaq: “Bu vəziyyətdən çıxmaq istiqamətində mühüm dövlət proqramları mövcuddur”. Ə.Həsənov qeyd edib ki, Azərbaycan dövlətinin siyasətinin əsasında Azərbaycan vətəndaşı və onun inkişafı, dövlətin müdafiəsi və mühafizəsi dayanır. Geri dön |