Ana Sayfa > İdman > PSJ UEFA Çempionlar Liqasının qalibi olub

PSJ UEFA Çempionlar Liqasının qalibi olub


Bu gün, 10:37. Yazar: admin


Fransanın PSJ klubu UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.

Vertikal.top APA-ya istinadla xəbər verir ki, final qarşılaşmasında İngiltərənin “Arsenal” komandası ilə üz-üzə gələn Paris təmsilçisi penaltilər seriyasında qələbə qazanaraq tarixində növbəti Avropa zəfərinə imza atıb.

Oyunda hesabı 5-ci dəqiqədə “Arsenal”ın futbolçusu Kai Haverts açıb. PSJ isə 64-cü dəqiqədə Usman Dembelenin penaltidən vurduğu qolla tarazlığı bərpa edib.

Əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşib.

PSJ futbolçuları rəqibini 4:3 hesabı ilə məğlub edərək UEFA Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıblar.
Geri dön