Ana Sayfa > Gündəm > Sabahdan Azərbaycanda 8 günlük bayram tətili başlayır

Sabahdan Azərbaycanda 8 günlük bayram tətili başlayır


22-05-2020, 11:15. Yazar: admin

Sabahdan Azərbaycanda 8 günlük bayram tətili başlayır
Sabahdan Azərbaycanda Ramazan və 28 May bayramları ilə əlaqədar tətil başlayır.

APA-nın məlumatına görə, Baş Nazir Əli Əsədov Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında qərar imzalayıb.

Qərara əsasən, ölkə ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilib.
Geri dön