Ana Sayfa > Gündəm > Karantin dövründəki məhdudlaşmalar Xəzərin sahil sularının keyfiyyətinə müsbət təsir göstərib

Karantin dövründəki məhdudlaşmalar Xəzərin sahil sularının keyfiyyətinə müsbət təsir göstərib


21-05-2020, 17:14. Yazar: admin

Karantin dövründəki məhdudlaşmalar Xəzərin sahil sularının keyfiyyətinə müsbət təsir göstərib
Karantin dövründə tətbiq olunan məhdudlaşmalar Xəzər dənizinin sahil sularının keyfiyyətinə də müsbət təsir göstərib.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti Yanında Operativ Qərargahın mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, Nardaran, Pirşağı, Bilgəh ərazilərində dənizdə aparılan son monitorinqlər onu deməyə əsas verir ki, sahilboyu ictimai-iaşə obyektləri fəaliyyət göstərmədiyindən dəniz suyunun çirklənmə səviyyəsində azalma müşahidə edilir.
Geri dön