Ana Sayfa > Dünya > İranda saxta spirtli içkidən 95 nəfər zəhərlənib, 14-ü ölüb

İranda saxta spirtli içkidən 95 nəfər zəhərlənib, 14-ü ölüb


16-06-2023, 22:58. Yazar: admin


İranın Əlburz vilayətinin Kərəc şəhərində saxta spirtli içkidən 95 nəfər zəhərlənib.

APA xəbər verir ki, saxta spirtli içkilərin 4 əsas satıcısı müəyyən edilib və onların tutulması istiqamətində tədbirlər həyata keçirilir.

Xəstəxanaya yerləşdirilənlərdən 14-ü ölüb.

Qeyd edək ki, İranda spirtli içki saxlamaq və ya içmək qanunsuzdur.

Bu qanunu pozanlar həbs oluna, hətta edam cəzasına məhkum edilə bilər.
Geri dön