Ana Sayfa > Dünya > Gürcüstanda COVID-19-a yoluxanların sayı 13 nəfər artıb
Gürcüstanda COVID-19-a yoluxanların sayı 13 nəfər artıb25-07-2020, 10:14. Yazar: admin |
|
Gürcüstanda daha 13 nəfərdə koronavirus aşkarlanıb, 5 pasiyent sağalıb. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib. Bununla da, qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 1 117-yə çatıb. Onların 917-si sağalıb, 16-sı isə dünyasını dəyişib. 184 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. Hazırda Gürcüstan üzrə karantində saxlanılanların sayı 5 936, tibbi nəzarətdə olanların sayı isə 268 nəfər təşkil edir. Geri dön |